Press "Enter" to skip to content

Bayraktar Balkanlarda da görünəcək

Son yeniləmə: 30 Sentyabr 2022 13:57

BAYRAQDAR MEDİA – Albaniyanın baş naziri Edi Rama ölkəsinin Türkiyədən almağa razılaşdığı Bayraktar SİHA-ların çox yaxında istifadəyə veriləcəyini bildirib.

Bu barədə məlumatda qeyd edilir ki, Albaniya Milli Mülki Müdafiə Agentliyi ilə “Satellogic USA Inc” şirkəti arasında 6 milyon dollar dəyərində peyk xidməti müqaviləsi imzalanıb. Mərasimdə çıxış edən E.Rama peyklə bir çox sahədə baş verənləri müşahidə etmək imkanı əldə edəcəklərini, hüquq-mühafizə, korrupsiya ilə mübarizə, dövlətin güclənməsi kimi mövzularda fərqli bir dövrə girəcəklərini deyib.

Daha əvvəl Türkiyədən Bayraktar pilotsuz uçuş aparatları alacaqlarına dair verdiyi açıqlamaya toxunan E.Rama, bu SİHA-ların çox yaxında istifadəyə veriləcəyini bildirib.

Mission News Theme by Compete Themes.