BAYRAQDAR MEDİA – Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfər edib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İ.Əliyev Sofiya hava limanında rəsmi törənlə qarşılanıb. Bundan sonra ölkə başçısı Sofiyadakı naməlum əsgər abidəsini ziyarət edib, qarşısına çələng qoyub.
Daha sonra Azərbaycan Prezidentinin Bolqarıstanlı həmkarı Rumen Radevlə təkbətək görüşü olub. Onun ardından isə heyətlər arası geniş tərkibli görüş keçirilib.
Görüş bitdikdən sonra iki ölkə prezidenti mətbuat üçün açıqlamalarla çıxış edib.
O da xəbər verilir ki, Bolqarıstan Prezidenti Azərbaycan Prezidentinin şərəfinə nahar verib.
Mətbuat xidməti bildirir ki, Prezident İ.Əliyev Bolqarıstanın iş adamları ilə geniş görüş də keçirib.