BAYRAQDAR MEDİA – Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin sosial təminatı tədbirləri ölkəmizdə geniş miqyas alıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 3 min 850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib.
Ümumilikdə ötən dövrdə 12 min 850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7 min 500 müharibə əlili avtomobillə təmin edilib.