Press "Enter" to skip to content

Türk seçicilərinə “fəal olun” çağırışı

Son yeniləmə: 29 Sentyabr 2022 15:01

BAYRAQDAR MEDİA – Oktyabrın 2-də Bolqarıstanda növəbdənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə son hazırlıq işləri gedir.

Bu arada Balkan Rumeli Türkləri Konfederasiyası (BRTK) ikili vətəndaşlıq statusu ilə yaşayan bolqar mühacirləri oktyabrın 2-də keçiriləcək erkən ümumi seçkidə sandıq başına getməyə çağırıb.

Bununla bağlı məlumatda deyilir ki, BRTK sədr müavini Zürfəddin Hacıoğlu Anadolu Ajansına Edirnedə 3, Kırklarelidə 7, Tekirdağda 18 seçki qutusu qurulacağına diqqət çəkərək, ən təməl insan haqqı olduğunu söyləyib. O, Türkiyədə yaşayan Bolqarıstan vətəndaşlarının seçim hüquqlarını istifadə etmələri üçün lazımlı mühiti təmin etmək üçün çalışdıqlarını deyib.

Z.Hacıoğlu, “Vətəndaşlarımız səslərini versinlər. Həmişə dediyimiz kimi Türkiyə Cümhuriyyətindən kənarda “türkün səsi türkə” deyirik”, – deyə bildirib.

Seçkidə 8 partiyanın yarışacağını deyən Z.Hacıoğlu araşdırmalarda hökumətin qurula bilməyəcəyi ilə bağlı proqnozların olduğunu bildirib: “Vətəndaşları seçki qutusuna dəvət edirik, səsvermə hüquqlarından istifadə etsinlər”.

Mission News Theme by Compete Themes.