Son yeniləmə: 29 Sentyabr 2022 10:19
BAYRAQDAR MEDİA – Azərbaycanda Anım Günü ilə əlaqədar Meksikanın paytaxtı Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində yürüş keçirilib. “Gənc Diplomatlar” assosiasiyasının təşkilatçılığı ilə keçirilən yürüşdə bu ölkədəki digər qeyri-hökumət təşkilatları fəalları, universitet tələbələri, Azərbaycan icmasının üzvləri iştirakı edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Azərbaycanln Meksikadakı səfriliyindən bildirilib.
Qeyd edilib ki, Meksika şəhər hökumətinin icazəsi və təhlükəsizlik dəstəyi ilə keçirilən yürüşdə iştirakçılar şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Azərbaycan sülh istəyir” və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” pankartları açaraq şüarlar səsləndiriblər: “Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüş iştirakçıları 30 ilə yaxın erməni işğalında qalmış torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Yürüş Meksikanın nüfuzlu “ADN40” televiziya kanalının efirində, habelə kanalın 1 milyona yaxın izləyicisi olan rəsmi Tviter hesabında və digər sosial şəbəkə hesablarında yayımlanıb”.