Son yeniləmə: 29 Sentyabr 2022 16:08
Türkmənlər təmsil olunmayacaqları bir hökuməti tanımayacaqlar
BAYRAQDAR MEDİA – İraqda siyasi gərginlik davam edir. Bu arada İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan, İraqda yeni hökumətin qurulması ilə bağlı açıqlama verib.
Türkmeneli TV-nin məlumatına görə, H.Turan yeni hökumətin qurulması prosesində siyasi partiyalar tərəfindən keçirilən toplantılara türkmənlərin dəvət edilmədiyini bildirib. O, türkmənlərin daxil olmadığı bir hökuməti tanımayacaqlarını bəyan edib.
Məlumata əsasən H.Turan Kərkükdə keçirdiyi mətbuat konfransında ölkənin bütün təbəqələrinin iştirak edəcəyi bir hökumətin qurulmasınln tərəfdarı olduqlarını bildirib.
Bu görüşlərdə Kərkükün gələcəyinin də müzakirə edildiyinə diqqət çəkən İTC rəhbəri “Türkmənlərin yaşadığı Kərkükün gələcəyi ilə bağlı hər hansı bir qərara türkmənlər qarışmırsa, bu qərar yarımçıqdır. Şəhərin gələcəyi ilə bağlı qərarlar verilməlidir. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilməldir”, – deyə vurğulayıb.
[…] İraq Türkmən Cəbhəsindən qətiyyətli mövqe […]