Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının enerji nazirlərinin ikinci iclası

Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin ikinci iclası

Pərviz Şahbazov Azərbaycanın türk dövlətlərinin enerji vasitəsilə inteqrasiyasına töhfələrindən danışıb

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin ikinci iclasında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 28-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir çıxışında TDT-ni müasir geosiyasi və enerji təhlükəsizliyi reallıqlarındastrateji əhəmiyyəti artan effektiv əməkdaşlıq platforması kimi qiymətləndirib: “Türk dövlətləri liderlərinin son dövrlərdə intensivləşən qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında münasibətlərin dərinləşməsini, müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edən qərarlarının türk birliyinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib. Xüsusən də, Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji təşəbbüsləri vəVətən müharibəsindəki qələbəmizin uzun illərdən sonra türk dünyasının Zəngəzur dəhlizi vasitəsilə coğrafi birliyi üçün imkan yaratdığı vurğulanıb”.

Azərbaycanın hazırda TDT üzvləri ilə ticarət dövriyyəsinin 4,6 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 13,8 milyard dollar, Azərbaycanın isə üzv dövlətlərə 21,3 milyard dollar investisiya qoyduğu bildirilib: “TDT enerji nazirlərinin ilk görüşündən ötən dövr ərzindəTürkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Türkmənistanla təbii qaz mübadiləsinə başlanması, “Dostluq” yatağı üzrə işbirliyi, Özbəkistanla 30 istiqaməti əhatə edən Yol Xəritəsinin imzalanması, Qazaxıstanla enerjitərəfdaşlığının genişləndirilməsi planları ilə Azərbaycanın türk dövlətləri arasında enerji əməkdaşlığına töhfə verdiyi qeyd edilib. Elektrik enerjisinin Türkiyə üzərindən Zəngəzur dəhlizi və Macarıstanın da qoşulacağı Qara dəniz sualtı elektrik xətti ilə nəqlinin isə türk dövlətlərinin enerji birliyini, həmçinin Avropa ilə inteqrasiyasını təmin edəcəyi bildirilib. Bu xüsusda, BTC və Cənub Qaz Dəhlizinin perspektivləri diqqətə çatdırılıb”.

Nazir deyib ki, “TANAP və TAP-ın şaxələndirilmiş və dayanıqlı enerji təchizatındakı rolu AB-nin Azərbaycanla strateji enerji tərəfdaşlığının yenilənməsini və 2027-ci ilədək Avropaya ixracın 20 milyard kubmetrə çatdırılmasını zəruri etdi: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi təkcəAzərbaycan və Türkiyənin geniş coğrafiyada enerji təhlükəsizliyinin təminatındakı mövqelərini möhkəmləndirmir,qardaş ölkələrin də yeni bazarlara çıxışınaimkanlar yaradır”.

Bildirilib ki, ötən ildən indiyə kimi TANAP və TAP iləTürkiyə 9,6 milyard kubmetr, Avropa isə 16 milyard kubmetrdən çox təbii qazla təchiz edilib: “Həmçinin Qarabağ bölgəsinin “Yaşıl enerji” zonasına çevrilməsində türk dövlətlərinin iştirakının, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində aktiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın türk dövlətləri ilə enerjidəki bu yeni addımları və müasir enerji kursu “Türk dünyası baxışı – 2040” sənədində enerji ilə bağlı hədəflərin gerçəkləşməsinə töhfə olacaq”.

Mission News Theme by Compete Themes.