Press "Enter" to skip to content

Hikmət Hacıyev ABŞ-da önəmli görüşlər keçirib – YENİLƏNDİ

Hikmət Hacıyev

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. O, burada bir sıra önəmli görüşlər keçirib. Görüşlərdən biri də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla olub.

Bu haqda xəbəri C.Sallivan özünün sosial media hesabında paylaşıb: “Bu gün mən birbaşa və konstruktiv danışıqlar üçün [Azərbaycan Prezidentinin köməkçisi] Hikmət Hacıyev və [Ermənistan Təhlükəsizlik Şurasının katibi] Armen Grigoryanı qonaq etdim. Biz yeni zorakılıqlardan çəkinməyin, vaxta bağlı dəqiq danışıqların vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək istiqamətində konkret addımları müəyyən etdik”.

Azərbaycanın ABŞ-dakı səfirliyi isə öz sosial media hesabında H.Hacıyevin bu ölkənin beyin mərkəzləri ilə görüşü haqqında məlumat verib: “Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyev İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub”.

Az öncə H.Hacıyev də C.Sallivanla görüşü haqqında paylaşım edib.

O, sentyabrın 28-də daha bir paylaşımda C.Sallivanın tərəfləri bir araya gətirməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Mission News Theme by Compete Themes.