BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir. O, burada bir sıra önəmli görüşlər keçirib. Görüşlərdən biri də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla olub.
Bu haqda xəbəri C.Sallivan özünün sosial media hesabında paylaşıb: “Bu gün mən birbaşa və konstruktiv danışıqlar üçün [Azərbaycan Prezidentinin köməkçisi] Hikmət Hacıyev və [Ermənistan Təhlükəsizlik Şurasının katibi] Armen Grigoryanı qonaq etdim. Biz yeni zorakılıqlardan çəkinməyin, vaxta bağlı dəqiq danışıqların vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək istiqamətində konkret addımları müəyyən etdik”.
Today, I hosted @HikmetHajiyev and @ArmenGrigoryanC for direct and constructive talks. We discussed the importance of avoiding further violence and pursuing time-bound and focused negotiations. We also identified concrete steps forward in support of a stable and lasting peace.
— Jake Sullivan (@JakeSullivan46) September 28, 2022
Azərbaycanın ABŞ-dakı səfirliyi isə öz sosial media hesabında H.Hacıyevin bu ölkənin beyin mərkəzləri ilə görüşü haqqında məlumat verib: “Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyev İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub”.
Azərbaycan Prezidentinin köməkçisi H.Hacıyev İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunmuşdur. pic.twitter.com/AaSm30xOpz
— Azerbaijan Embassy US (@azembassyus) September 27, 2022
Az öncə H.Hacıyev də C.Sallivanla görüşü haqqında paylaşım edib.
ABŞ tərəfinin təşəbbüsü ilə Vaşinqtonda keçirilmiş üçtərəfli – ABŞ, Azərbaycan, Ermənistan görüşü haqqında. pic.twitter.com/exRTJ0Mj03
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 28, 2022
O, sentyabrın 28-də daha bir paylaşımda C.Sallivanın tərəfləri bir araya gətirməsini yüksək qiymətləndirdiyini qeyd edib.
We highly appreciate efforts of @jakejsullivan for bringing together in the White House Azerbaijan and Armenian delegations to discuss and move forward the agenda of sustainable peace and stability in our region. pic.twitter.com/Iw4Id0LdbE
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 28, 2022