BAYRAQDAR MEDİA – Sentyabrın 27-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Fransa Prezidenti İ.Əliyevi sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında məlumatlandırıb.
“Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar”, – deyə xəbərdə bildirilir.