Press "Enter" to skip to content

“Dünya Ürək Günü” münasibəti ilə silsilə tədbirlər

Son yeniləmə: 28 Sentyabr 2022 15:35

BAYRAQDAR MEDİAAzərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də 29 sentyabr Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 28-də Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə Dünya Ürək Gününə həsr olunmuş ürək-damar xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək: “Hibrid formatda baş tutacaq və 50 nəfərə yaxın mütəxəssisin əyani, 300-dən artıq mütəxəssisin isə onlayn olaraq qatılacağı Konqres Cəmiyyətin sosial media kanallarından canlı yayımlancaq. 30 sentyabr tarixində rezidentlər və gənc həkimlər üçün praktiki kurslar, təcrübə məşğələləri təşkil olunacaq. 1 oktyabr tarixində Qocalar evində məskunlaşmış ahılların və uşaq evində məskunlaşmış kimsəsiz uşaqların tibbi müayinədən keçirilməsi, günün sonunda isə ürək sağlamlığının təbliği məqsədilə həkimlərlə idman jurnalistləri arasında futbol oyunu keçiriləcək”.

Məlumata əsasən, sosial tədbirlərin keçirilməsində əsas məqsəd ürək sağlamlığına cəmiyyətin diqqətini çəkmək, bu sahədə maarifləndirmə işləri aparm: “Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında Dünya Ürək Gününə həsr olunan ürək-damar xəstəlikləri Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər. Konqresə qeydiyyat bu link vasitəsilə mümkündür”.

Mission News Theme by Compete Themes.