BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini- nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub. Görüş Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dairbu ilin avqust ayında imzalanmışYol Xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib: “Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulmuş vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafıilə bağlı fəaliyyətimizin əsasını təşkil edir”.
Qeyd edilib ki, qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri iki ölkə arasında strateji tərəfdaşlığımızın dərinləşməsinə töhfə verəcəkdir.