Son yeniləmə: 26 Sentyabr 2022 16:11
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Ülkər Zeynalova “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı videoçarx hazırlayıb.
Baş İdarədən bildirilib ki, videoçarxda Vətən uğrunda canlarından keçən şəhidlərimizin döyüş şücaətlərindən geniş söhbət açılıb.
Qeyd olunub ki, bəşər tarixində hər bir dövlət, millət öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxıblar: “Tarixin hər hansı bir zaman kəsiyində müəyyən bir millətin başını göylərə ucaldan və ya onun şərəfini qoruyan insanlar həmin millətin tarixini yaradanlardır. Elə insanlar var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Vətən uğrunda mübarizə aparan belə fəxr ediləsi qəhrəmanlarımız var. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan və bir tarixdir. Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla, bəlkə də yüzlərlə insanın canını xilas edən oğullara hər zaman borcluyuq. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq”, -deyə tədbirdə vurğulanıb.