Son yeniləmə: 26 Sentyabr 2022 12:10
BAYRAQDAR MEDİA – Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4 MİN 231 nəfər müraciət edib. Sentyabrın 26-sı saat 10:40-dək olan məlumata görə, 400 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.