Press "Enter" to skip to content

Məcid Cavadi: Faşist fars-molla rejimi gənc azərbaycanlını vəhşicəsinə qətlə yetirib

Hədis Nəcəfi

Son yeniləmə: 26 Sentyabr 2022 11:33

BAYRAQDAR MEDİA – Sentyabrın 13-də kürd əsilli Məhsa Əmininin başını düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi İranda növbəti kütləvi aksiyalara səbəb olub. Bundan sonra İranda baş verən etirazlar bu ölkənin hər yerini bürüyüb.

Artıq etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb. Buna səbəb isə fars-molla rejiminin polisinin və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı amansızlıqla davranmasıdır.

Onu da qeyd edək ki, Güney Azərbaycan şəhərlərində də etiraz aksiyaları olub.

Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

Onun sözlərinə görə, Güney Azərbaycanın şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil, Zəncan, Urmiya, Mərənd, Əbhər, Meşkin (Xiyav), Məlikanda keçirilən genişmiqyaslı etirazlarda xalq öz qəzəbini ifadə edib. Təbriz və Urmiyada digər şüarlarla yanaşı “Azadlıq”, “Ədalət”, “Milli hökumət” şüarları səsləndirilir”.

O da qeyd edilib ki, faşist fars-molla rejimi etirazçılara qarşı amasızlıqla davranır: “Bir neçə gün öncə Kərəc şəhərində yaşayan Güney Azərbaycanlı gənc qız Hədis Nəcəfi etirazlar sırasında rejim qüvvələri tərəfindən altı güllə ilə öldürülüb. Zəncan, Kərəc və Tehranda daha bir çox Azərbaycan türkü öldürülüb. Bu da rejim qüvvələrinin necə vəhşiliklə davrandığını bir daha dünyaya nümayiş etdirir”.

 

Mission News Theme by Compete Themes.