Son yeniləmə: 26 Sentyabr 2022 09:50
Bu şəhərdə yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı etirazlarını bildiriblər
BAYRAQDAR MEDİA – Sentyabrın 25-də qardaş Türkiyənin Eskişəhir şəhərində Ermənistanın Azərbaycana qarşı təxribatları və Ermənistanı sülh sazişinə çağırış ilə əlaqədar aksiyası keçirilib.
Bu barədə BAYRAQDAR MEİDA-ya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.
Qeyd edilib ki, orada yaşayan azərbaycanlılar Eskişehirdəki “Ulus Anıtı” meydanında toplaşaraq Azərbaycan dövləti ilə həmrəylik və birlik nümayiş etdirib, dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı haqlı etirazlarını bildiriblər: “Eskişehir Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, himnləri səsləndirilib. Tədbirdə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ermənistan sülhü rədd edir, savaşı seçir!”, “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirilib, plakatlar açılıb”.
Məlumata əsasən, aksiyanın sonunda C.Aydın mətbuata açıqlama verib. Açıqlamada Ermənistanın işğalçılıq siyasətinə etirazı bildirilib, bölgədə davamlı sülh və əmin-amanlıq üçün Ermənistanın imzalanan sazişin şərtlərinə əməl etməsi istiqamətində çağırış səsləndirilib: “Eskişehir Azərbaycanlılar Dərnəyi hər zaman başda Azərbaycan dövləti olmaqla, Prezident İlham Əliyev və Azərbaycan əsgərinin yanındadır. Vətən uğrunda canlarından keçən əsgərlərimizi ehtiramla yad edir, türk millətinə başsağlığı veririk”.