BAYRAQDAR MEDİA – Uyğur Məhkəməsi ilə bərabər ABŞ, Birləşmiş Krallıq, Hollandiya, Fransa, Belçika, Çexiya, Litva və İrlandiya da daxil olmaqla doqquz Qərb ölkəsi Çin dövlətinin Doğu Türküstanda xaincə gerçəkləşdirdiyi suçların soyqırım olduğuna qərar verib.
Bu fikri BAYRAQDAR MEDİA-ya illərdir uyğurların haqları uğrunda beynəlxalq kampaniya aparan uyğur insan haqları fəalı Abdurehim Gheni Uyghur (Abdurəhim Ğəni Uyğur) deyib.
A.Ghani bildirib ki, Avropa Birliyi qəti şəkildə belə bir soyqırım olduğunu müəyyən edib.
“Çinin sürəkli basqısı altında olan Birləşmiş Millətlər Təşkilatı da yaxın bir vaxtda bu ölkənin uyğurlara yönəlik davranışlarını insanlığa qarşı suç ehtimalı kimi müəyyən edib. Sübut və dəlillər inkar edilə bilməyəcəyi halda nədən davam edən uyğur soyqırımına münasibətin zəiflədilməsi üçün çalışılır”, – deyə A.Gheni bildirib.
A.Gheni daha sonra bildirib: “Ailəmin 19 üzvü Çinin nəhəng toplama düşərgələri şəbəkəsində yoxa çıxıb. Eynən digər 3 milyon uyğur kimi. Doğu Türküstanda uyğurlara qarşı tətbiq edilən soyqırımdan Çin hökumətini məsul tutmalıyıq. Bu qorxunc soyqırımın heç bir inkarı ola bilməz və dərəcəsinin aşağı salınması qəbul edilə bilməz! Çünki belə bir durumda suçlu mükafatlandırılmış, qurbanlar isə cəzalandırılmış olar”.
