Son yeniləmə: 26 Sentyabr 2022 09:45
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Nyu-Yorkdakı təmasları çərçivəsində dost və qardaş ölkə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb”.
Bu barədə KKTC XİN-in sosial şəbəkə hesablarından məlumat yayılıb.
Məlumatda daha sonra deyilir: “Xarici İşlər Nazirliyinin müşaviri Kamal Köprülü, KKTC Vaşinqton nümayəndəsi Mustafa Lakadamyalı və üçüncü katib Seval Gökerinin də iştirak etdiyi görüşdə KKTC-Azərbaycan əlaqələri və Kıbrıs problemi ilə bağlı son proseslər müzakirə edilib”.
Məlumatda o da vurğulanıb ki, Nyu-Yorkdakı təmaslarını tamamlayan T.Ertuğruloğlu Vaşinqtona gedərək yaxın günlərdə ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşəcək, Kıbrıs məsələsi ilə bağlı son durumu dəyərləndirəcək. Vaşinqtonda mətbuat nümayəndələri ilə görüş də nəzərdə tutulub.
New York temasları çerçevesinde Dışişleri Bakanı Tahsin Ertuğruloğlu dost ve kardeş ülke Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov ile bir görüşme gerçekleştirdi.
Dışişleri Bakanlığı…https://t.co/YRQgENqhc8 pic.twitter.com/VVynGRlLMZ— Dışişleri Bakanlığı (@KKTC_Disisleri) September 25, 2022