Son yeniləmə: 23 Sentyabr 2022 14:19
BAYRAQDAR MEDİA – “Türk dünyasının ustadlarından biri, Krımın ədəbi və əbədi səsi Cengiz Dağcını rəhmətlə yad edirəm”.
Bu sözləri qardaş Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) başqanı Abdullah Eren öz sosial hesabından etdiyi oaylaşımda yazıb.
Məlumata əsasən A.Eren dünya şöhrətli Krım tatarı Cengiz Dağcını vəfatının ildönümündə yad edib.
Məlumat üçün bildirək ki, Cengiz Dağcı dünyada tanınmış Krım tatar yazıçısıdır. 9 mart 1919-cu ildə, Krımın Yalta şəhərinə yaxın Gürzufda anadan olan C.Dağcı 1938-ci ildə orta məktəbi bitirib. O, Krım Pedaqoji İnstitutunun ikinci kursunda oxuyarkən II İkinci Dünya Müharibəsi başlayıb və 1941-ci ildə Ukrayna cəbhəsində almanlar tərəfindən əsir götürülüb. Almanların məğlubiyyətindən sonra o, əsir düşərgəsindən qaçaraq müttəfiq dövlətlərə sığınıb.
O, 1946-cı ilin oktyabrında həyat yoldaşı və qızı ilə Edinburqa gəlib. 1947-ci ilin əvvəlində Londona köçüb. 1974-cü ildə Londonda, Uimbldon yaxınlığındakı Sautfilddə məskunlaşan yazıçı vətənini tərk edəndən sonra heç zaman Krımda olmayıb.
Məlumata əsasən, C.Dağcı Türkiyədə olmadığı halda kitablarını Türkiyə türkcəsində yazmış, kitablarının ilk redaktəsini isə şair Ziya Osman Səba etmişdir. Onun Türkiyədə nəşr olunan əsərləri sayəsində Türkiyədə bir çox insan Krım və Krım tatarlarının həyatı haqqında məlumat alıb. O, əsərlərində Krım türklərinin rusların zülmü altındakı həyatından bəhs edir. C.Dağcı 2011-ci il sentyabrın 22-də Sauthfieldsdəki evində vəfat edib. O, 2011-ci il oktyabrın 2-də 69 ildir görmədiyi Yaltanın Kızıltaş kəndində dəfn edilib.
''Ben yalnızca #Kırım’ın yazarı değilim ama Kırım’ın faciasını tüm gerçekliğiyle ve içtenliğiyle yalnız ben yazabilirdim.''
Kırım'ın edebi ve ebedi sesi, Türk dünyasının usta kalemlerinden #CengizDağcı'yı rahmetle anıyorum.🤲🏻 pic.twitter.com/ma0Lp2DcnI
— Abdullah Eren (@abdullah_eren) September 22, 2022