BAYRAQDAR MEDİA – İyirmi dövlət orqanında mövcud olan 73 vakant vəzifə üzrə avqustun 29-dan başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 324 nəfər müraciət edib. Sentyabrın 23-ü saat 13:55-ə olan məlumata görə, 48 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibə sentyabrın 29-da başa çatacaq.
Qeyd edilib ki, iyulun 13-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu avqustun 11-də yekunlaşıb.