Press "Enter" to skip to content

Erməni xalqı anlamalıdır ki…

Hüseyin Büyükfırat

TÜİB-dən Ermənistanın son hərbi təxribatını pisləyən bəyanat

BAYRAQDAR MEDİA – “Ermənistanın hərbi-siyasi rəhbərliyinin öz təcavüzkar xislətinə sadiq qalaraq sentyabrın 13-də Azərbaycan sərhədində törətdiyi genişmiqyaslı təxribat hər bir azərbaycanlı kimi bizi də dərindən hiddətləndirib”.

Bu barədə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin qəbul etdiyi bəyanatda bildirilib. İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın imzaladığı bəyanatda Ermənistanın son hərbi təxribatı pislənir. Bəyanatda deyilir: “Görünür, şanlı Azərbaycan ordusunun cəmi 44 gün ərzində 30 illik işğala son qoyması, adətən, havadarlarına arxalanıb torpaqlarımızda daimi ağalıq fikrinə qapılan erməni xalqının psixologiyasında sağalmaz iz buraxıb. Erməni xalqı anlamalıdır ki, onun qarşısında 30 il əvvəlki ölkə yox, hərbi və iqtisadi qüdrəti günü-gündən artan, Qafqazın ən güclü ordusuna və dəmir iradəli liderinə sahib olan Azərbaycan var”.

“Maraqlıdır ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin illərdir işğal altında saxlanmasına, 20 mindən artıq insanın qətl edilməsinə, bir milyon insanın öz doğma yurd-yuvalarından didərgin düşməsinə göz yuman bəzi dövlətlər bu gün Azərbaycanı özünə qarşı yönəlmiş xain təhdidlərin qarşısını aldığı üçün ittiham edir, müqəssir kürsüsünə oturtmağa çalışır.

“Bu kimi dövlət və dairələr bilməlidir ki, şanlı ordumuzun erməni təxribatının qarşısını alaraq sərhəd bölgəsində keçirdiyi uğurlu əməliyyatlar Azərbaycan Respublikasının özünümüdafiə hüququdur, eyni zamanda coğrafiyamızda sabitliyin, dinc qonşuluq münasibətlərinin təmin olunmasına xidmət edir.

“Azərbaycan ordusu müvafiq beynəlxalq təşkilatların illərdir edə bilmədikləri və ya etmək istəmədikləri vəzifələri öz qanı və canı bahasına həyata keçirir.

“TUİB olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə üzərinə götürdüyü ağır və şərəfli tarixi missiyanı uğurla həyata keçirdiyi üçün dərin təşəkkürümüzü bildirir, vətən daşından hörülmüş bu müqəddəs yolda hər bir vətəndaşımızı onun ətrafında sıx birləşməyə çağırırıq.

“Vətən uğrunda öz canlarını fəda edən əziz şəhidlərimizin müqəddəs xatirəsini hörmət və ehtiramla anırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qarabağ bizimdir!!!

Qarabağ Azərbaycandir!!!”, – deyə bəyanatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.