Press "Enter" to skip to content

Bakir İzetbegoviç: SDA-ya 350 min səs lazımdır

Bakir İzetbeqoviç

Son yeniləmə: 22 Sentyabr 2022 10:56

BAYRAQDAR MEDİA – Bosniya və Herseqovina Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzetbegoviç partiyanın seçkilərdə 350 min səsə ehtiyacı olduğunu deyib. O, bunun müqabilində sülh, təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf vəd etdiklərini bildirib.

Balkan News xəbər verir ki, qarşıdan gələn seçkilərin Bosniya və Herseqovina üçün indiyə qədər ən əhəmiyyətli seçki olacağını bildirən B.İzzetbegoviç xalqın da bu həqiqətin fərqində olduğunu deyib: “Nezavisne novine” qəzetinin xəbərinə görə, bütün Bosniya və Herseqovinanı gəzdiyini və Avropadakı Bosniya və Herseqovina diasporunun üzvlərini ziyarət etdiyini vurğulayan B.İzzetbegoviç təəssüratlarının SDA-nın yeni bir qələbəyə işarə etdiyini vurğulayıb”.

“Biz Bosniya və Herseqovinanın mühafizəçiləriyik, biz qabaqcıllarıq. Növbəti qələbədə bizimlə olun. Bosniya və Herseqovinada həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə nəticələnəcək iqtisadi sıçrayış üçün bütün şərait var”, – deyə o, əlavə edib.

Mission News Theme by Compete Themes.