Press "Enter" to skip to content

Azərbaycan və Litva arasında razılıq əldə olunub

Görüş zamanı

Son yeniləmə: 22 Sentyabr 2022 15:32

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Anar Kərimov Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla görüşüb.

Nazirlikdən bildirilib ki, diplomatı salamlayan A.Kərimov Azərbaycan ilə Litva arasında dərin tarixi münasibətlərin olduğunu deyib: “İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcəkdə də bu əlaqələrin daha da dərinləşməsinə səy göstəriləcəyini vurğulayıb”.

Məlumata əsasən, səfir Egidius Navikas mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib, muzey və kitabxana sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb: “Görüşdə Azərbaycan və Litva müəlliflərinin əsərlərinin qarşılıqlı olaraq hər iki ölkənin teatrlarında nümayişi ilə bağlı razılıq əldə olunub”.

Mission News Theme by Compete Themes.