Press "Enter" to skip to content

8 ayda 13 mindən çox şəxsə…

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə cari ilin 8 ayında13 min 804 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 22-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir: “İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır. Bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir. Fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır”.

Məlumata əsasən, xidmət fəaliyyətə başlayandan 473000sosial sığorta nömrəsi (SSN) verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilmişdir.

Mission News Theme by Compete Themes.