Son yeniləmə: 21 Sentyabr 2022 13:18
BAYRAQDAR MEDİA – Sentyabrın 21-də saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə başlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul olan namizədlər bu sistemdən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər: “Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat prosesi sentyabrın 26-sı saat 23:59-da yekunlaşacaq”.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.