BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə Buxarestə səfər edib. Nazir 21-22 sentyabr tarixlərindətəşkil olunacaq “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 21-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Avropa Birliyinə üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.