BAYRAQDAR MEDİA – Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 21-də Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd G-001 M tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.