Press "Enter" to skip to content

Hərbi sahədə əməkdaşlıq inkişaf edir

Özbəkistanın Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti Azərbaycandadır

Son yeniləmə: 21 Sentyabr 2022 12:17

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Azərbaycanda səfərdə olan Özbəkistanın Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, general-leytenant N.Osmanov qonaqları salamlayaraq Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb: “Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib”.

Görüşdə iuki ölkə arasında maddi-texniki təminat sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlər müzakirə olunub.

Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı, eləcə də tank təmiri zavodunu ziyarət edərək burada görülən işlərlə tanış olublar.

Mission News Theme by Compete Themes.