Press "Enter" to skip to content

Türkiyədə ilk dəfə Eskişehirdə…

Filmin nümayişi zamanı

BAYRAQDAR MEDİA – Avropadan sonra qardaş Türkiyənin Eskişehir şəhərində ilk dəfə nümayiş olunan “Mustafa Kemalın Sofiya illəri 1913-1915” sənədli filmi böyük marağa səbəb olub.

Bu barədə məlumatda deyilir ki, Eskişehr Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən nümayişdə Mustafa Kemal Atatürkün Sofiyada hərbi attaşe vəzifəsində çalışdığı illərdən bəhs olunur.

Prodüseri jurnalist Nahide Deniz, rejissoru Ufuk Karakaş olan “Mustafa Kemalın Sofiya illəri 1913-1915” sənədli filminin nümayişi Eskişehirdəki Atatürk Mədəniyyət, İncəsənət və Konqres Mərkəzində olub.Bələdiyyə ilə yanaşı Eskişehir Rumeli İş Adamları Dərnəyi (ERİAD) və Eskişehir Rumeli Balkan Kültür və Həmrəylik Dərnəyi (ERBALDER) nümayişə təşkilati dəstək veriblər.

Qeyd edək ki, Mustafa Kemal Atatürkün 1913-1915-ci illərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində hərbi attaşe vəzifəsində çalışdığı dövrdən bəhs edən sənədli filmdə həmin dövrün arxivlərindən məlumatlarla yanaşı, Türkiyə və Bolqarıstandan olan alim və siyasətçilərin fikirləri də yer alıb.

Mission News Theme by Compete Themes.