Press "Enter" to skip to content

“Noticias Colombia”da Ermənistanın hərbi təxribatından bəhs edilib

BAYRAQDAR MEDİA – Kolumbiyanın nüfuzlu və geniş oxuyucu kütləsinə malik olan “Noticias Colombia” xəbər portalında 13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı barədə xəbər yer alıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 20-də Azərbaycanın Meksikadakı səfriliyindən məlumat verilib.

Bildirilib ki, məqalədə ilk olaraq, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edilərək, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdiyi barədə məlumat verilir: “Həmçinin, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəyməsi qeyd olunur. Məqalədə, Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına əməl etmədiyi və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və beləliklə regionda normallaşma və sülh proseslərini müxtəlif bəhanələrlə gecikdirdiyi bildirilir”.

Məlumata əsaəsn məqalədə, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilib: “Bu istinadə əsasən, Azərbaycan hökumətinin Ermənistan tərəfindən regionda ağır texnika və iri çaplı texnikanın yerləşdirilməsi ilə bağlı narahatlığı ifadə olunur və bunun Ermənistan tərəfindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlığın göstəricisi olduğu qeyd olunur. Həmçinin vurğulanır ki, Ermənistan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl edərək, öz işğalçılıq siyasətindən əl çəkməlidir”.

Mission News Theme by Compete Themes.