Son yeniləmə: 19 Sentyabr 2022 14:36
BAYRAQDAR MEDİA – Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş G-001 M tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.