Son yeniləmə: 19 Sentyabr 2022 14:43
KKTC XİN-dən ABŞ-a etiraz
BAYRAQDAR MEDİA – “Güney Kıbrıs Rum Administrasiyasına (GKRY) silah satışına qoyulan məhdudiyyəti 2000-ci ildə qismən qaldıran Amerika Birləşmiş Ştatları (ABŞ) 2021-ci ildə də eyni qərarı təkrarladı. Nəhayət, 16 sentyabr 2022-ci ildə aldığı yeni qərarla GKRY-ya silah embarqosunu tamamilə qaldırdı. ABŞ Administrasiyasının adada və bölgədə gərginliyi artırmaq bahasına qəbul etdiyi bu qərar qəbuledilməzdir”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında yer alıb.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən BAYRAQDAR MEDİA-ya sentyabrın 19-da verilən məlumata görə, açıqlamada bildirilib ki, rum tərəfinə hər cür silah satışının sərbəst buraxılması qərarı rum tərəfinin son vaxtlar narahatedici səviyyəyə çatan silahlanma və hərbi fəaliyyətlərinin ABŞ Administrasiyası tərəfindən dəstəkləndiyini göstərir.
“Rum tərəfinin Fransa ilə hücum vertolyotları üçün satış müqaviləsi imzaladığı və raket sistemləri, radar sistemləri və hərbi texnika almaq üçün səylərini artırdığı bu dövrdə ABŞ-ın Kıbrısın rum tərəfinə silah satışınadair qərarı narahatlıq doğurur.
“Bir tərəfdən rum tərəfini silahlandırmağa qərar verərkən, digər tərəfdən adada iki tərəf arasında razılığın əldə olunmasını və bölgədə sabitliyin təmin olunmasını dəstəklədiyini iddia edən ABŞ Administrasiyasının səmimiyyətinə inanmaq çətindir. ABŞ Administrasiyasının rum tərəfinə satacağı silah və hərbi texnikanın hədəfinin kim olduğu aydındır.
“Bu səbəbdən bölgədə və adada qanuni hüquq və mənafelərimizi qorumaq üçün Zəmanət Müqaviləsi ilə təmin edilən Ana vətən Türkiyənin təsirli və faktiki zəmanətinin davam etdirilməsinin həmişəkindən daha həyati əhəmiyyət kəsb etdiyi aydındır.
“Bu münasibətlə bir daha vurğulamaq yerinə düşər ki, biz ABŞ da daxil olmaqla bütün üçüncü tərəflərdən Rum Administrasiyasının təxribatçı siyasətini dəstəkləməyi dayandırmasını və adada iki barəbər, suveren beynəlxalq hüquqlara sahib dövlətin davamlı razılığa gəlməsinə kömək etməyi gözləyirik”, – deyə açıqlmada daha sonra bildirilib.