BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qonaq qismində iştirak üçün sentyabrın 15-də qardaş Özbəkistanın Səmərqənd şəhərinə gəlib və burada bir sıra görüşlər keçirib.
Prezidentin Mətbuat xidmətinin yaydığı xəbərə görə, sentyabrın 16-da Səmərqənddə İ.Əliyev Pakistanın Baş naziri Şehbaz Şərif ilə də görüşüb.
Mətbuat xidməti görüşün ayrıntıları haqqında bilgi vermir.
Pakistan Baş naziri isə görüşün ardından sosial mediada paylaşım edərək Azərbaycana başsağlığı verib.
“Əziz qardaşım Azərbaycan Prezidenti. Biz Ermənistanın səbəbsiz hücumu nəticəsində Azərbaycanın 70 hərbçisinin həlak olması haqqında xəbərdən üzgünük. Pakistan xalqı öz qardaşlarıyla həmrəylik nümayiş etdirir və Azərbaycanın ərazi bütövlüyünü qorumaq hüququnu dəstəkləyir”, – deyə Ş.Şərif yazıb.
Dear brother @presidentaz, we are saddened on hearing news of the loss of more than 70 Azerbaijani servicemen in unprovoked attack by Armenia. The people of Pakistan stand in solidarity with their brethren & support Azerbaijan’s right to defend its territorial integrity.
— Shehbaz Sharif (@CMShehbaz) September 16, 2022
Bu paylaşımdan belə anlamaq olar ki, Azərbaycan Prezidenti qardaş ölkənin Baş nazirini həm də Ermənistanın son təcavüzü haqqında məlumatlandırıb.