Press "Enter" to skip to content

Parlamentə yeni simalar gələcək

Hasan Öztürk

Son yeniləmə: 16 Sentyabr 2022 17:21

Hasan Öztürk: AK Partinin namizəd siyahısında dəyişiklik edəcəyi gözləniləndir, MHP-də isə durum fərqlidir

BAYRAQDAR MEDİA – “AK Parti onsuz da hər seçki dövründə millət vəkili namizədlərinin ən azı 40 faizini dəyişir. Yəni AK Parti parlament qrupunda mütləq yenilənməyə gedir”.

Bunu Türkiyədə gələn il keçiriləcək parlament seçkilərində AK Parti və MHP-nin namizədlərinin dəyişə bilməsi ehtimalını dəyərləndirən qardaş ölkədəki “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk deyib.

BAYRAQDAR MEDİA-nın sualına cavab olaraq H.Öztürk bildirib ki, AK Partinin namizəd siyahısında dəyişiklik edəcəyi qaçılmazdır. Yəni bu, bütün seçkilərdə olub və bir növ ənənə halını alıb.

“Mən bu məqamda sayın Cümhurbaşqanının bundan əvvəlki yerli seçkilərdə səsləndirdiyi bir fikri xatırlatmaq istəyirəm. Recep Tayyip Erdoğan həmin vaxt “Bizə ömərlər lazımdı” demişdi. Ona görə də düşünürəm ki, AK Parti xalqa yaxın olan, insanlarla birlikdə, millətlə iç-içə olan yeni simaları parlamentə gətirəcək. Lakin bütün namizədləri yeniləmək AK Partinin ənənəsində yoxdur. Namizədlər arasında üç nəsildən də təmsilçilər ola bilər. Yəni sıralama belə ola bilər – təcrübəlilər, az təcrübəlilər və ilk dəfə seçkiyə qatılacaqlar”, – deyə o, əlavə edib.

O ki qaldı MHP-yə müsahibimiz bildirib ki, bu partiya ilə bağlı durum bir az fərqlidir: “Çünki bu partiyanın həm səs faizi aşağıdır, həm də millət vəkili sayı azdır. Sayın Devlet bəyin əvəzolunmaz komandası var ki, onlar yenidən namizəd olacaqlar. Onlardan başqa yeni bir neçə simanın da önə çıxa biləcəyini düşünürəm”.

Meral Akşenerin Abdullah Gülü dəstəkləməsi mümkündür

Mission News Theme by Compete Themes.