Press "Enter" to skip to content

Onlayn seminar keçirilib

Dənizdə külək enerjisi texnologiyaları ilə bağlı onlayn seminar

Son yeniləmə: 16 Sentyabr 2022 13:33

BAYRAQDAR MEDİA – Sentyabrın 15-də Türkiyənin “Dəniz Külək Enerjisi Birliyi”nin təşkilatçılığı ilə dənizdə külək enerjisi texnologiyaları ilə bağlı onlayn seminar keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 16-da Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) məlumat verilib.

Bildirilib ki, tədbirdə Agentliyin əməkdaşları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Yunanıstan və Norveçdən olan mütəxəssislər iştirak ediblər: “Seminar çərçivəsində BOEMDA-nın nümayəndə heyəti 26-28 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində dənizdə enerji texnologiyaları sahəsində baş tutacaq “Marentech Expo” sərgisinə dəvət olunub”.

Mission News Theme by Compete Themes.