Press "Enter" to skip to content

İmtahanın ikinci mərhələsinə qeydiyyat davam edir

BAYRAQDAR MEDİA – Peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi üzrə qeydiyyat sentyabrın 29-dək davam edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 16-da Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə iki mərhələ üzrə təşkil olunur: “Namizədlər DİM-saytında qeydiyyatdan keçə bilərlər. İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu üzrə) sentyabrın 25-də, 2-ci mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək”.

Məlumata əsasən, imtahanın hər mərhələsinin davametmə müddəti 3 saatdır: “Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın 1-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın 2-ci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir. Hər sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər”.

Mission News Theme by Compete Themes.