Press "Enter" to skip to content

Denizlidən də Azərbaycana dəstək

Denizlidə Azərbaycan Qarabağ Parkı

BAYRAQDAR MEDİA – Ermənistanın son təxribatı türk dünyasında ciddi təəssüf və etirazla qarşılanıb. Bundan öncəki xəbərlərdə qeyd etdiyimiz kimi, bu təxribat nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı qardaş Türkiyədən də başsağlığı və dəstək mesajları gəlməkdə davam edir.

Eskişehirdəki universitetlərdən Azərbaycana xüsusi diqqət

Bu arada bəlli olub ki, baş verənlər Denizlidə də ciddi təəssüf hissi ilə qarşılanıb. Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan Twitter hesabından başsağlığı mesajı yayımlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Denizlidəki Pamukkale Universitetində təhsil alan Şəmsiyə İsmayıllı məlumat verib. Onun sözlərinə görə, baş verənlər təkcə Denizlidə təhsil alan azərbaycanlı tələbələr deyil, ümumilikdə bu şəhərdəki hər kəs tərəfindən hüznlə qarşılanıb: “Qeyd edim ki, başda bələdiyyə başqanı Osman Zolan olmaqla Denizli sakinləri, o cümlədən təhsil aldığım Pamukkale Universitetinin rəhbərliyi və müəllim heyəti hər zaman Azərbaycana xüsusi diqqətlə yanaşıb. Bu dəfə də eyni diqqəti görürük”.

Ş.İsmayıllının sözlərinə görə, O.Zolan Twitter hesabından paylaşdığı başsağlığı mesajında aşağıdakıları qeyd edib: “Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən döyüşlərdə şəhid olan Azərbaycanın qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralı övladlarımıza şəfa diləyirəm. Can Azərbaycana başsağlığı ilə səbr diləyirəm. Ürəyimiz də, acımız da bir…”.

Bildirildiyi kimi Pamukkale Universiteti də Azərbaycanın bu günündə növbəti dəfə dəstəyini ifadə edib: “Daha bir başsağlığı mesajı Pamukkale Universiteti tərəfindən yayımlanıb. Universitetin Twitter hesabında “Can Azərbaycan” həştəgi ilə edilən paylaşımda “Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik!” sözləri öz əksini tapıb”.

Mission News Theme by Compete Themes.