Press "Enter" to skip to content

Bu, ictimai şuraların gələcək inkişafına müsbət təsir edəcək

Tədbir zamanı

Son yeniləmə: 16 Sentyabr 2022 16:41

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlərə yekun vurulub

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təşkil edilən təlimlər başa çatıb. Bakı Ali Neft Məktəbində təlimlərin yekunu olaraq bağlanış mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 16-da Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bağlanış mərasimində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, Agentliyin əməkdaşları, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal, Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər.

Vüsal Quliyev
Vüsal Quliyev

Məlumata əsasən, V.Quliyev yekun təlimdə çıxış edərək, müasir dövrdə ictimai şuraların əhəmiyyətini, xüsusilə dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında onların rolunu qeyd edib: “Bildirib ki, ictimai şuralar vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrilməkdədir. Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd edib. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsini və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirib”.

V.Quliyev dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Agentlik tərəfindən keçirilən silsilə təlimlərin mövcud ictimai şuraların işinə böyük töhvə verdiyini bildirərək, bu təsisatların inkişafı üçün zəruri şərait yaradılacağını vurğulayıb.

Elmar Qasımov
Elmar Qasımov

Daha sonra E.Qasımov və E.Çaparlı çıxış edərək, Agentlik tərəfindən may-iyun ayları ərzində 9 iqtisadi rayon və Bakı şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının yekun nəticəsi olaraq bu təlimlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Bildiriblər ki, bu gün Bakıda yekunlaşan və bütün zonalarda keçirilmiş bu təlimlər ictimai şuraların gələcək inkişafına müsbət təsir edəcək.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Çıxışlardan sonra təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas, “Demokratiyanı Öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov təlim keçiblər: “Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal, Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri üçün keçirilən təlimlər İctimai iştirakçılığın hüquqi əsasları, məqsədləri və formaları; İctimai Şuralar, İctimai Şuraların hüquq və vəzifələri, İctimai Şuranın fəaliyyət çərçivəsi, İctimai Şuraların Reqlamenti, fəaliyyətinin təşkili, Dövlət orqanları və İctimai Şuralar, İctimai Şuraların formalaşması mövzularında olub. Nəzəri biliklərdən sonra təlimlər interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.