Press "Enter" to skip to content

Agentliyin nümayəndə heyəti Almaniyada

Tədbir zamanı

Son yeniləmə: 16 Sentyabr 2022 13:08

BAYRAQDAR MEDİA – Almaniyada Avropa regionu üçün “Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları” mövzusunda tədbir keçirilir. Tədbir Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası – WAPES ilə Almaniya Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı tədbirdə Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti təmsil edir: “Tədbir çərçivəsində sosial cəhətdən həssas qrupların, bilik və bacarıqları olmayan işsiz və işaxtaranların, eləcə də fiziki məhdudiyyətli şəxslərin əmək bazarına inteqrasiyası mövzusu üzrə informasiya mübadiləsi aparılır. Həmçinin Azərbaycan nümayəndə heyəti tərəfindən Agentliyin fəaliyyəti və sözügedən istiqamətdə icra edilən layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib”.

Məlumata əsasən, səfər çərçivəsində Agentlik ilə Almaniya Məşğulluq Xidməti arasında ikitərəfli görüş də keçirilib: “Görüşdə iki qurumun fəaliyyəti haqqında təcrübə mübadiləsi aparılıb, peşə təhsili və karyera məsləhəti xidmətinin göstərilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlinib”.

Mission News Theme by Compete Themes.