BAYRAQDAR MEDİA – 2022-ci ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 183 min 872 elektron arayış alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu arayışların 26 min 679-u pensiya, 138 min 821-i müavinət və təqaüd, 9 min 995-i fərdi şəxsi hesab, 2 min 261-i ünvanlı dövlət sosial yardımı, 1 min 590-ı torpaq pay mülkiyyətçisi, 2 min 130-u sosial sığorta şəhadətnamə nömrəsi, 588-i şəhid ailəsi üzvü, 580-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 802-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 350-si əlilliyi olan şəxslərə qulluq, 76-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.