Press "Enter" to skip to content

Şəhidlərin məktəbli övladlarına hədiyyələr çatdırılıb

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Bu barərdə BAYRAQDAR MEDİA-ya sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxət qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir: “Əlavə olaraq 1-4-cü siniflər üçün şahmat dəsti, 5-8-ci siniflər üçün qlobus, 9-11-ci siniflər üçün “Puzzle” qutuya daxil edilib. Respublikanın bütün ərazisi üzrə ümumilikdə 996 məktəbliyə hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Onlardan 558-i oğlan, 438 nəfəri isə qızdır”.

Mission News Theme by Compete Themes.