Press "Enter" to skip to content

BŞTİ-nin müdiri ilk dərs gününə hərs edilmiş tədbirdə

320 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir zamanı

Son yeniləmə: 15 Sentyabr 2022 15:14

BAYRAQDAR MEDİA – Paytaxtdakı 320 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Aydın Hüseynov, idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb rəhbərliyi, valideyn və şagirdlər iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb: “Məktəbin direktoru Sevinc Niftiyeva şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan əsas vəzifələrdən bəhs edib”. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva hər bir Azərbaycan vətəndaşının Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan azərbaycanlı balaların müqəddəs xatirəsini ehtiramla andığını bildirib. O, Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların heç zaman unudulmayacağını deyib.

İdarə müdiri yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb: “Azərbaycanda təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. M.Vəliyeva “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda irəli sürülən məsələlərdən bəhs edib və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. İdarə müdiri şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı tövsiyə edib”.

Millət vəkili Aydın Hüseynov çıxışı zamanı ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Qaradağ rayonunda həyata keçirilən tədbirlər barədə danışıb. A.Hüseynov qeyd edib ki, hərtərəfli inkişaf yolunda olan Azərbaycan təhsilli və vətənpərvər gəncləri sayəsində yeni zəfərlərə doğru irəliləyir.
Sertifikasiya imtahanında yüksək nəticə göstərmiş 320 nömrəli məktəbin müəllimi Aysel Məmmədova, yeni işə qəbul olunmuş gənc müəllim Xəyalə Mirzəyeva fikirlərini bildirib, daha savadlı, vətənpərvər gənc nəslin formalaşdırılması naminə var güclə çalışacaqlarını söyləyiblər.

Sonda əsaslı təmirdən sonra şagird və müəllimlərin istifadəsinə verilən 320 nömrəli məktəbə baxış keçirilib.

Mission News Theme by Compete Themes.