BAYRAQDAR MEDİA – “Qardaş ölkəmiz Azərbaycana qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, azərbaycanlı qardaşlarıma başsağlığı verirəm”.
Bu sözlər qardaş Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəsmi Twitter hesabındakı paylaşımda qeyd edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan dilində olan paylaşımda “Biz birik!”, “Biz birlikdəyik!” şüarları öz əksini tapıb.
Qardaş ölkəmiz #Azerbaycan’a qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.
Biz birik!
Biz birlikdəyik! 🇦🇿🇹🇷— Selçuk Bayraktar (@Selcuk) September 13, 2022