Press "Enter" to skip to content

Qardaş ölkədən daha bir dəstək

Türkiyə Milli Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – “Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda şəhid olan Azərbaycan Ordusundakı qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza cansağlığı, qardaş Azərbaycan xalqına da başsağlığı və səbir diləyirik. Türkiyə olaraq hər zaman qardaşlarımızın yanındayıq və hər zaman yanlarında olacağıq”.

Bu sözlər qardaş Türkiyənin Milli Müdafiə Nazirliyinin başsağlığı mesajında öz əksini tapıb.

Xatırladaq ki, qardaş ölkənin Milli Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Mesajda həmçinin “Ermənistan illərdir davam edən təxribatçı və təcavüzkar mövqeyindən tamamilə əl çəkməli, ona uzadılan sülh əlini fürsət bilməlidir”, – sözləri də qeyd edilib.

Mission News Theme by Compete Themes.