Son yeniləmə: 14 Sentyabr 2022 12:43
Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatları ilə bağlı daha bir bəyanat
BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatları ilə bağlı bəyanat yayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 14-də Fonddan məlumat verilib.
Bildirilib ki, Foindun prezidenti Günay Əfəndiyeva adından imzalanan bəyanatda deyilir: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələri tərəfindən 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədində törədilmiş genişmiqyaslı təxribatları qətiyyətlə pisləyir və Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirir”.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir”, – deyə bəyanatda daha sonra bildirilir.