Press "Enter" to skip to content

Hərbi attaşelər üçün növbəti brifinq

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya Nazirlikdən veriblər.

“İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.

“Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.

“General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.