Ersin Tatar: Kıbrıs türk xalqı hər zaman dost və qardaş can Azərbaycanın yanındadır
BAYRAQDAR MEDİA – Ermənistanın son təxribatı türk dünyasında da ciddi təəssüf və etirazla qarşılanıb. Eyni zamanda, bu təxribat nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı başsağlığı gəlməkdə davam edir.
Öz növbəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar da Azərbaycana başsağlığı verib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Məlumata əsasən başsağlığında deyilir: “Azərbaycan-Ermənistan sərhəd xəttindəki qarşıdurmada həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələri və yaxınlarına səbir, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm. Kıbrıs türk xalqı hər zaman dost və qardaş can Azərbaycanın yanındadır”.
Qeyd edək ki, başsağlığı E.Tatarın Twitter hesabından da paylaşılıb.
Azerbaycan-Ermenistan sınır hattındaki çatışmalarda hayatlarını kaybeden Azerbaycan ordusunun kahraman şehitlerine Allah’tan rahmet, aileleri ve yakınlarına sabır, kardeş Azerbaycan halkına başsağlığı diliyorum. pic.twitter.com/PaaiHCHKdB
— Ersin Tatar (@ErsinrTatar) September 13, 2022