Son yeniləmə: 14 Sentyabr 2022 14:30
BAYRAQDAR MEDİA – Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 14-də Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub: “Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur”.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.