Son yeniləmə: 13 Sentyabr 2022 13:30
BAYRAQDAR MEDİA – Sentyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.
“General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib. Telefon danışığı zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıb”.