Son yeniləmə: 13 Sentyabr 2022 11:43
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu sentyabrın 13-də Azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon əlaqəsi saxlayıb.
Bu haqda xəbəri M.Çavuşoğlu özünün sosial media hesabında paylaşıb.
“Azərbaycan xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədindəki erməni təxribatlarını müzakirə etdik. Ermənistan artıq təhriklərdən əl çəkməlidir. Azərbaycanla əldə etdikləri razılaşma çərçivəsində barış müzakirələrinə və iş birliyinə köklənməlidir”, – deyə qardaş ölkənin xarici işlər naziri yazıb.
Azerbaycan Dışişleri Bakanı kardeşim Jeyhun Bayramov’la Azerbaycan-Ermenistan devlet sınırındaki Ermeni provokasyonlarını ele aldık.
Ermenistan artık tahrikleri bırakmalı. Azerbaycan’la vardıkları uzlaşı çerçevesinde barış müzakerelerine ve işbirliğine odaklanmalı. 🇹🇷🇦🇿
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 13, 2022
C.Bayramov da M.Çavuşoğlu ilə telefon danışığı barədə paylaşım edib.
Had a phone call with Foreign Minister of brotherly #Türkiye @MevlutCavusoglu. Informed about recent large-scale military provocations by #Armenia. The importance of implementation of undertaken obligations and stopping aggression by #Armenia was emphasized. pic.twitter.com/tOZy7mvHmt
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) September 13, 2022